Avtomobildəki tibb çantasında bu dərmanlar olmalıdır - SİYAHI

Avtoxəbər 21 Dekabr 2015 10:26 Oxunub 82189
Avtomobildəki tibb çantasında bu dərmanlar olmalıdır - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək olmaz

Bir neçə gündür mediada avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibb çantası olmayan sürücülərin cərimələnəcəyi ilə bağlı xəbərlər verilir. Yanğınsöndürmə balonu və qəza işarəsi aydın məsələdir. Bəs tibb çantasının içində nə olmalıdır? Avtosfer.az oxuculara Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 5 avqust 2008-ci il Tarixli 09 nömrəli əmrlə təsdiq olunmuş avtomobillər üçün ilk tibbi yardım çantalarının tərkibi barədə məlumatə təqdim edir:

1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:

1.1. Analgin 0,5 №10 (yaxud əvəzedici) qutu 1

1.2. Portativ hipotermik (soyuducu) paket - Konteyner ədəd 1

1.3. Natrium sulfasil məhlulu tubik 1

1.4. Aspirin qutu 1

2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsiv ə sarğı üçün vəsaitlər:

2.1. Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlaman üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut ədəd 1

2.2. Steril bint 10x5 ədəd 1

2.3. Qeyri-steril bint 10x5 ədəd 1

2.4. Qeyri-steril bint 5x5 ədəd 1

2.5. Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə  MAQ atravmatik sarğısı ədəd 1

2.6. Bakterisid leykoplastr 2,5x7,0 yaxud 2x5 ədəd 8

2.7. Kapilyar və venoz qanaxmaları saxla- ədəd 3 maq üçün 6x10 sm, 10x18 sm ölçüdə furaqinli «Koleteks QEM» steril salfetləri yaxud statin (toz halında) 1,0q dəst 3

2.8 Spirtdə 5 faizli yodun yaxud1 %-li brillant abısının məhlulu (zelyonka) flakon 1

2.9. 1x500, yaxud 2x500, yaxud 1x250 sm öçüdə leykoplastr ədəd 1

2.10. Qeyri-steril boruşəkilli tibbi elastik bint №1, 2, 6 hər birindən ədəd 1

2.11. Pambıq 50 q bağ 1

3. Ürək ağrılarına qarşı vəsaitlər:

3.1. Nitroqliserin həbləri №40 yaxud kapsulası №20 (trinitrolonq) qutu 1

3.2. Validol (tabletka yaxud kapsula) qutu 1

4. Kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr:

4.1. Süni nəfəs vermək üçün alət - «Ağız-qurğu-ağız» ədəd 1

5. Bayılmaya qarşı vasitə:

5.1. Ammiak məhlulu (naşatır spirti) flakon 1

6. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:

6.1. Enterodez qutu 2 yaxud aktivləşdirilmiş kömür №10 qutu 1

7. Stres hallarına qarşı vəsaitlər:

7.1. Korvalol flakon 1

8. Küt uclu qayçı ədəd 1

9. Təlimat ədəd 1

10. Plastmass futlyar ədəd 1

Qeyd.

1. Siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək olmaz.

2. Komlektləşdirmə qabı zədələnmiş və vaxtı ötmüş vasitələrdən istifadə etmək olmaz.

3. Çantadakı hər hansı vəsaitdən istifadə edildikdə yerinə dərhal yenisi qoyulmalıdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Behruz 5 Yanvar 2016 19:12
Əhsən Vugar Guliyev cox gozel qeyd etdin
ILqar 3 Yanvar 2016 19:31
Bu nedi bele Bunu yazanin basi xarab olub Yoxsa bu tecili yardim masinina aiddirAvropada prezervativ mutleqdi onu da yzsaydi cehennem bir az kisilere komek idi.
Tunar 1 Yanvar 2016 16:34
Xaiw bilen varsa desin , odsonduren ve qeza niwaninin cerimesi var men sual cavaba sual yaza bilmirem
Namiq 1 Yanvar 2016 11:56
Vallah biyabirciliqdir. Basha dushmedim tecili yardim avtomobilidi minik mashini bir bele derman neye lazimdi. men onu istifade etmek qaydalarini bilmeyenden sonra neyime gerek onlar. Cerime yazmaqin teze usuludu, vessalam
Vugar Guliyev 31 Dekabr 2015 22:42
Salam. Siyahıda 1 şey yaddan çıxıb. Azərbaycan Tibb Universitetinin diplomunu unudublar yazmağı.
Elmar 29 Dekabr 2015 14:46
bu yazını yazmaqa bir savadlı adam yoxuydu