Hərəkəti hansı sürətlə davam etdirə bilər? – DOĞRU CAVAB

Yarışma 21 Dekabr 2015 14:48 Oxunub 2078
Hərəkəti hansı sürətlə davam etdirə bilər? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğrunu cavabını və ilk doğru cavab verib qalib gəlmiş oxucunun adını açıqlayır. Sualımız nişanlarala bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Qabaqdakı yolayrıcından sonra minik avtomobili hərəkətini hansı sürətlə davam etdirə bilər?

A) 70 km/saat-dan çox olmayan;

B) 90 km/saat-dan çox olmayan;

C) 100 km/saat-dan çox olmayan.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 64-cü maddəsinin 6-cı hissəsinə əsasən,  3.24 nişanının qüvvəsi qarşısında müvafiq nişanlar qoyulmamış  ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində itmir. Deməli, bu nişan qoyulan ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində 3.24 nişanı qüvvəsini itirir. Şəkildə isə birləşən yolun ikinci dərəcəli olduğunu bildirən 2.3.2 “İkinci dərəcəli yolun birləşməsi” nişanı var. Ona görə də qabaqdakı yolayrıcında 3.24 nişanı qüvvədən düşür və Qanunun 50-cı maddəsinin 2-ci hissəsinə uyğun sürət rejimi mövcuddur. Deməli, sualın doğru cavabı “B” variantı olacaq:  Qabaqdakı yolayrıcından sonra minik avtomobili hərəkətini 90 km/saat-dan çox olmayan sürətlə davam etdirə bilər.

Suala ilk doğru cavabı Anar Bayramoğlu verib. Onu təbrik edirik. Avtosfer.az-dan 10 manatlıq danışıq kartını əldə etmək üçün 055 335 15 59-a zəng etmək xaşiş olunur.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh