Sürücü belə manevr edə bilərmi? - YENİ SUAL

Yarışma 21 Dekabr 2015 20:01 Oxunub 2549
Sürücü belə manevr edə bilərmi? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız geriyə hərəkət manevri ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Dönməli olduğu yolayrıcını düzünə keçib getmiş sürücü belə manevr edə bilərmi?

A) Edə bilər;

B) Edə bilməz;

C) Geriyə hərəkət edərkən heç kəsə mane olmursa, edə bilər.

QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.

Suala ilk və doğru cavab verib qalib gəlmiş həxsə  hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabı hədiyyə olunacaq. Amma cavabın təsadüfi olmadığına əmin olmaq üçün cavab izahlı olmalıdır (bir cümlə ilə də olsa olar).

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

İmran Tağıyev 22 Dekabr 2015 10:11
B variantı. Hərəkətə başlama, manevr etmə maddəsinə əsasən yolayrıcılarında və geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. Maddə 42 hissə 14
Tebriz 21 Dekabr 2015 23:47
C variantı
Vusal 21 Dekabr 2015 20:06
B Edə bilməz;yol ayricinda geriye hereket qadagan oldugunan surucu sola done bilmez
Vusal 21 Dekabr 2015 20:03
B Edə bilməz;
Haciyev 21 Dekabr 2015 20:02
C Geriyə hərəkət edərkən heç kəsə mane olmursa, edə bilər.