Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO

Yol polisi 22 Dekabr 2015 00:51 Oxunub 2231
Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toy karvanında qaydaları pozan sürücülərə qarşi cəzalar sərtləşdirilir

Sürücülərin haqlı narazılığını nəzərə alan yol polisi toy karvanında olan sürücülərə qarşı nəzarət gücləndirəcək. Hətta yol polisi onlara sərt xəbərdarlıq da etdi. Kamera vasitəsi ilə toy karvanında qayda pozduğu aşkar edilən sürücülər müəyyən edilmiş qaydaya uyğun cərimələnəcəklər.

Bəzən toy karvanında avtomobillərin sayı 15-20 olduğunda yollarda süni tıxac da yaranır. Yol polisi toy karvanında avtomobil sayının çox olmasının da yolverilməz olduğunu deyir Bu arada yol polisi sıxlığın qarşısının alınması məqsədi ilə şadlıq saraylarının qarşısında avtomobili düzgün park etməyən sürücülərə qarşı da reydlər keçirir. Təkcə ötən gün paytaxda 27 saşdlıq evinin qarşısında 140-dan çox sürücüyə avtomobili düzgün park etmədiyinə görə protokol tərtib edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Zorro 22 Dekabr 2015 15:20
DYP xahiş edirəm ki əsas xəstəxanaların qarşısında maşınların dayanmasına diqqət yetirəsiniz.Əsas 1 saylı klinik xəstəxana,Neftcilər və Respublika xestexanası20 yanvar metro hektarlarla həyəti ola-ola kücələrdə tıxac yaradirlar.