Avtomobildə sekslə ən çox onlar məşğul olur

Avtodünya 23 Dekabr 2015 13:09 Oxunub 15758
Avtomobildə sekslə ən çox onlar məşğul olur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kanadada keçirilmiş rəy sorğusunun nəticələri elan edilib

Fransız dilli əhali avtomobildə seks üzrə liderdir. Lent.az-ın autofeminin.com saytına istinadən məlumatına görə, bu günlərdə avtomobildə sekslə bağlı Kanadada keçirilmiş rəy sorğusunun nəticələri elan edilib. Rəy sorğusunun nəticələrinə görə, fransızdilli əhalinin yaşadığı Kvebek əyaləti daha ehtiraslı çıxıb. Kvebeklilərin 45%-i avtomobildə ehtiraslı işlə məşğul olduğunu etiraf edib. Bu da Kanada üzrə orta göstəricidən (35%) 10% çoxdur. Ölkə üzrə ən zəif göstərici isə Ontario əyalətindədir - 31%. Bununla yanaşı, kvebeklilərin 75%-i cari ildə, 12%-i isə son 1 həftədə avtomobildə sevişdiyini etiraf edib. Ehtiraslı kanadalıların 38%-i sarı avtomobilərə üstünlük verir və əsasən rok musiqisinə qulaq asırlar. Görünür “fransız dili sevgi dilidir” ifadəsi boş yerə deyilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh