Gənc xanım maşını binaya çırpıb ağladı - FOTOLAR

Avtodünya 24 Dekabr 2015 15:17 Oxunub 3322
Gənc xanım maşını binaya çırpıb ağladı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xanım sürücü hadisə zamanı xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib

Bakıda gənc xanım sürücü qəza törədib. Avtosfer.az-ın aznews.az-a istinadən məlumatına görə, hadisə bu gün saat 13:45 radələrində Nəsimi rayonu ərazisində yerləşən Koroğlu parkının yaxınlığında, Vaqif prospektində qeydə alınıb. 25-26 yaşlarında gənc xanım sürücü 90 FU 075 dövlət nömrə nişanlı “Peugeot” markalı minik avtomobili ilə hərəkət edərkən idarəetməni itirib. Avtomobil yaxınlıqda yerləşən binaya çırpılıb. Xanım sürücü hadisə zamanı xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Hadisə baş verən əraziyə Post Patrul Xidmətinin əməkdaşları gəlib. 

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh