Ustad aşığın yadigarı olan retro avtomobil - FOTO

Avtodünya 24 Dekabr 2015 23:43 Oxunub 1801
Ustad aşığın yadigarı olan retro avtomobil - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Zim» markalı avtomobil şəhərin küçələrində görünəndə çoxları ayaq saxlayır

Salyanlı mərhum ustad aşıq Pənah Pənahovdan yadigar qalan “Zim” markalı avtomobil şəhərin küçələrində görünəndə çoxları ayaq saxlayaraq, maraqla bu retro maşına baxır. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu maşının 59 illik tarixi var. Ustad aşığın oğlu Taleh Pənahov avtomobili göz bəbəyi kimi qoruyub saxlayır. Deyir ki, maşını almaq istəyənlər çoxdur: “Hətta 100 min manatdan da artıq pul təklif edənlər olub. Amma ata yadigarı olduğu üçün satmamışam”.

Vaxtilə Azərbaycanın bir çox görkəmli sənət adamları bu maşınla müxtəlif səfərlərə çıxıb, yol gediblər. Hətta ondan gəlin maşını kimi istifadə olunub. Daha bir maraqlı məqam odur ki, avtomobil aşıq Pənahın olsa da, o, heç vaxt bu maşının sükanı arxasında oturmayıb.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh