Yol polisləri sürücü ilə əlbəyaxa oldular

Xəbərlər 3 İyul 2014 12:51 Oxunub 2329
Yol polisləri sürücü ilə əlbəyaxa oldular
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yasamal rayonu ərazisində yol polislərilə sürücü arasında dava düşüb

Ötən gecə Bakıda, «Nizami» metrostansiyasının yaxınlığında yol polisləri ilə sürücü arasında insident yaşanıb. Bu barədə oxu az saytına məlumat verilib. Məlumatda bildirilir ki, hadisə gecə saatlarında Şıxəli Qurbanov küçəsində baş verib. Məlumata əsasən, üç yol polisi maşını əməkdaşları qanuna tabe olmayan sürücünü saxlayaraq onun barəsində müvafiq tədbir görmək istəyiblər. Lakin qanunu pozan sürücü yol polisi əməkdaşları ilə mübahisə etməyə başlayıb və YPX maşınına əyləşməyib. Buna görə polislər kütləvi şəkildə sürücüyə qarşı zor tətbiq edərək onu xidməti maşına əyləşdirmək istəyiblər.

Hadisə ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun anspress-ə verdiyi məlumata görə, yol polisinin əmrinə tabe olmayan sürücülər barədə qanunla tədbirlər görülür. “Ümumiyyətlə yol polisinin əmrinə tabe olmayan sürücülər İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsilər cəzalandırılır. Həmin sürücü də törətdiyi əmələ görə cəzalanacaq. Ümumiyyətlə belə davranışlar yol polisinə yox, ümumilikdə cəmiyyətə hörmətsizlikdir. Belə sürücülər təkcə yol polisinin, özünün, həmçinin də vətəndaşların həyatlarını təhlükə altına atırlar”, - deyə V.Əsədov bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh