Yol polisi ilə sürücü arasında mübahisə: İki nəfər saxlanıldı - FOTO

Yol polisi 27 Dekabr 2015 01:34 Oxunub 2085
Yol polisi ilə sürücü arasında mübahisə: İki nəfər saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisin tələbini yerinə yetirməyənlər müqavimət göstərdiyi üçün bölməyə aparılıblar

Dünən saat 16:30 radələrində «Neftçilər» metrostansiyası yaxınlığında, "Maklerlər bağı" adlanan ərazidə DYP əməkdaşları ilə sürücü arasında mübahisə düşüb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, 99-YP-329 dövlət nömrə nişanlı avtomibildə olan yol polisi əməkdaşları yolun qadağan olunmuş hissəsində avtomobilini saxlayan sürücüyə xəbərdarlıq ediblər. «Hyundai» markalı avtomobilin sürücü isə, qayda pozuntusuna müvafiq olaraq cərimə ödəyəcəyini bildirib və maşını ərazidən çəkməyib. DYP əməkdaşları isə göstərişə tabe olmayan sürücünü və avtomobildəki digər şəxsi saxlamaq qərarına gəliblər. Avtomobildə olan şəxslər polisə müqavimət göstərib. Dərhal hadisə yerinə PPX əməkdaşları cəlb olunub. Ətrafda olan şəxslərin dediyinə görə, "Hyundai" markalı avtomobildə olan hər iki şəxs Nizami rayon 25-ci polis idarəsinə aparılıb.

Saxlanılan şəxslərin kimliyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.

Yaşanan olayla bağlı Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxladıq. O bildirdi ki, məsələ ilə bağlı məlumatsızdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh