Azərbaycanda bu maşını trasda 330-la sürdülər - REAL VİDEO

Qaydalar 28 Dekabr 2015 00:41 Oxunub 7334
Azərbaycanda bu maşını trasda 330-la sürdülər - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunda nəzərdə tutulan sürət həddini 2 dəfə artıq aşan sürücünün kimliyi bilinmir

Azərbaycanda bir sürücü qanunda nəzərdə tutulan sürət həddini 3 dəfə artıq aşıb. Avtosfer.az xəbər verir ki, bunu əks etdirən video sosial şəbəkələrdə bu ilin iyun ayında yayılıb. Görüntülərin hansı yolda çəkildiyi bilinməsə də, danışıqlardan hiss olunur ki, avtomobildə bir neçə nəfər var və onlar sürücünün bu qədər sürətlə maşın sürməsi üçün mərc gəliblər. Bunu lentə almağı da unutmayıblar.

Videodan da göründüyü kimi, sürücü bir neçə dəfə avtomobilin sürət həddini saatda 330 km-dən də artığa çatdırır.

Azərbaycanda qanunvericiliyə görə maksimum sürət həddi 110 km/saatdır. Bu sürücü isə həmin limiti 2 dəfə artıq aşıb.

Həmin görüntüləri təqdim edirik:

***

Bu gün dəqiqləşdirə bildik ki, həmin avtomobil "Bentley" markalı avtomobildir. Sürücünün kimliyi isə bilinmir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh