Yol polisini öz toyunda idarəyə çağırdılar - VİDEO

Yol polisi 27 Dekabr 2015 03:11 Oxunub 3123
Yol polisini öz toyunda idarəyə çağırdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşı isə toyu olduğu üçün gələ bilməyəcəyini bildirib

Türkiyədə toy mərasimində maraqlı olay baş verib. Yol polisi əməkdaşı olan bəyi radioqəbuledici vasitəsilə idarəyə çağırıblar. Avtosfer.az-ın məlumatına görə, bəy və gəlin nikah masasına əyləşərkən nikah şahidi olan bəyin iş yoldaşının üzərindəki radioqəbuledici vasitəsilə bəyi çağırıblar. Bəy efirdə öz nömrəsini eşitdikdə təəccüblənib və mərkəzə cavab verməli olub. Bodrumda baş vermiş bu olay toya gələnlərin marağına səbəb olub. Bəyi mərkəzə çağıraraq bir neçə sənədə imza atmalı olduğunu bildiriblər. Bəy isə cavabında bildirib ki, indi onun toyudur və daha önəmli sənədə imza atacaq. Bundan sonra  radioqəbuledici vasitəsilə bəyi təbrik ediblər və nikah baş tutub.

Həmin görüntüləri təqdim edirik:

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh