Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək

Yol polisi 28 Dekabr 2015 16:29 Oxunub 1534
Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bayram günləri

Bayram günlərində Azərbaycanda Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində işləyəcək. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. K.Əliyev bildirib ki, bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. Əmrə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən yanvarın 5-ə qədər dövlət yol polisi əməkdaşları xidmətlərini gücləndirilmiş iş rejimində davam etdirəcək.

Ümumilikdə Azərbaycan polisi bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar tədbirlərin keçirildiyi, o cümlədən əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunmasının təmin edilməsi məqsədilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, 2015-ci il dekabrın 31-dən 2016-cı il yanvarın 5-dək DİN-in aparatının, Daxili Qoşunların, bilavasitə tabe olan qurumların, ərazi polis orqanlarının, nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək. Eyni zamanda, hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədilə ictimai yerlərdə və küçələrdə post patrul naryadlarının sıxlığı artırılacaq, bütün strateji obyektlərdə mühafizə gücləndiriləcək.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh