Svetofora baxmasanız zebra sizi xilas etməz – Piyadalar üçün - VİDEO

Yazarlar 1 Yanvar 2016 22:34 Oxunub 1873
Svetofora baxmasanız zebra sizi xilas etməz – Piyadalar üçün - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadaların özlərini təhlükəyə ataraq yolu biabırçı şəkildə keçməsini əks etdirən görüntülər var

Bakıda piyadaların özlərini təhlükəyə ataraq yolu biabırçı şəkildə keçməsini əks etdirən görüntülər yayılıb. Avtosfer.az-ın məlumatına görə, Ssdstudio tərəfindən hazırlanan bu videogörüntülərdə Bakının müxtəlif yerlərində piyadaların yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu əks olunur. Onlar heç bir qaydaya əməl etmədən yolu necə və haradan gəldi keçirlər. Svetoforun piyadalar üçün nəzərdə tutulan qırmızı işığı yansa da, buna əhəmiyyət verən yoxdur. Avtomobillərin arası ilə heç nəyə baxmadan hərəkət edən piyadalar sanki qanunlara yox, özlərinin bildiyi qaydalara əsaslanırlar. Onlara elə gəlir ki, harada zebra varsa, istənilən vaxt oradan yolu keçmək olaz. Nədənsə başlarını qaldırıb yuxarıdakı svetofora baxmırlar. Baxmaq istəməyənlər də var, bazmağı unudanlar da. Amma unutmasınlar ki, svetofora baxmadan yolu keçərkən bir gün zebra onları xilas etməyəcək!

Unutmaq olmaz ki, yol hərəkəti qaydaları təkcə sürücülər üçün deyil, həm də piyadalar üçün nəzərdə tutulub. Qaydalarda piyadaların hər bir hərəkəti, hüquq və vəzifələri əksini tapır. O qaydaları bilməsələr belə əe azından yolu keçmək qaydasını öyrənmək və əməl etmək lazımdır. Unutmayın ki, Bakı şəhərində ölümlə nəticələnən yol qəzalarının yarıdan çoxunu piyadavurmalar təşkil edir. Bunun da səbəbi izlədiyiniz videoda tam açıq əksini tapır.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh