Yol polisi rayona gedib-gələn sürücülərə xəbərdarlıq etdi - VİDEO

Yol polisi 30 Dekabr 2015 02:15 Oxunub 2235
Yol polisi rayona gedib-gələn sürücülərə xəbərdarlıq etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər yola çıxmazdan avtomobilləri üçün lazımi texniki tədbirləri görməlidır

Dünya Aazərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə rəsmi olaraq 5 gün iş olmayacaq. Bayram tətilini fürsət bilib rayonlara və ya bölgələrdən paytaxta gəlmək istəyən sürücülər bu xəbəri diqqətlə oxusun. Yol polisinin həmin sürücülərə bir sira tövsiyələri var. Qarşıdakı istirahət günlərində rayonlara, eləcə də bölgələrdən paytaxta səyahət edərkən sükan arxasında ehtiyatlı olun! Çünki yollarda avtomobil sıxlığı olacaq. Şəxsi minik avtomobilləri ilə yola çıxanların əksəriyyəti ailələri ilə birlikdə olur. Bunun nəticəsidir ki, tətillərdə qəzalar, o cümlədən ölüm hadisələri digər günlərlə müqayisədə çox olur. Meteoroloqlar tətil günlərində havanın kəskin soyuyacağını, sulu qar və qar yağacağı barədə xəbər veriblər. Sürücülər yola çıxmazdan əvvəl bunu da nəzərə almalı, avtomobilləri üçün lazımi texniki tədbirləri görməlidır. Tətil günlərində yol polisləri bütün yollarda gücləndirilmiş iş rejimində fəaliyyət  göstərəcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh