Sürücü o qədər içib ki, danışa bilmir – REYDDƏN VİDEO

Yol polisi 30 Dekabr 2015 02:20 Oxunub 13779
Sürücü o qədər içib ki, danışa bilmir – REYDDƏN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin keçirdiyi gecə reydində Sərxoş sürücülər saxlanılıb

Zərdabda yol polisi əməkdaşlarının gecə saatlarında keçirdiyi reyddə sərxoş sürücülər saxlanılıb. Avtosfer.az xəbər verir ki, sənədləri qaydasında olmayan avtomobil idarə edənlər də polisdən yayına bilməyib. Saxlanılan sürücülərdən biri o qədər sərxoş olub ki, düzgün danışa bilməyib. Ayaq üstə güclə dayanan sürücü 50 qram araq içdiyini söyləyib. Belə vəziyyətdə o, avtomobil də idarə edirmiş.

Reyd zamanı xeyli sayda sənədsiz sürücü də aşkarlanıb. Sərxoş halda sükan arxasına əyləşən sürücülər də polisdən yayına bilməyib. Reyd zamanı kustar üsulla hazırlanmış pərdələrdən istifadə edən, ödəmədiyi cəriməyə görə həbs qərarı verilən maşınlar da aşkarlanıb. Ümumilkdə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 50-dən çox sürücü saxlanılaraq barələrində protokollar tərtib olunub.

Yeni il ərəfəsində bu cür reydlərin yenidən keçirilməsi nəzərdə tutulur.

 

Foto və video "report"a məxsusdur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh