Valideyn məsuliyyətsizliyi: 10 yaşlı oğlunu sükan arxasında əyləşdirdi - VİDEO

Avtodünya 31 Dekabr 2015 09:50 Oxunub 1709
Valideyn məsuliyyətsizliyi: 10 yaşlı oğlunu sükan arxasında əyləşdirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüntülər Çində lentə alınıb

10 yaşlı oğlanın magistral yolda avtomobil idarə etməsi görənləri dəhşətə gətirib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, görüntülər Çində lentə alınıb.

Lentə alınan görüntülərdə oğlanın balaca boyuna baxmayaraq, sükan arxasında rahatlıqla hərəkət etməsi əks olunub. Balacanın yanında əyləşən atası isə sadəcə uşağa təlimatlar verməklə kifayətlənir. Hətta bəzən ona tapşırıqlar verərək, daha sərbəst olmasını məsləhət görür. Özünü qəhərəman kimi hiss edən sükan arxasındakı balaca isə, daha da həvəsə gələrək avtomobilin sürətini artırır. Valideynin bu məsuliyyətsizliyi yolda hərəkətdə olan avtomobillərdən birinin sərnişini tərəfindən lentə alınıb.

Mediada yayımlanan görüntülər insanlar arasında heç də birmənalı qarşılanmayıb. Bəziləri 10 yaşlı oğlanın bu bacarığını  alqışlasalar da, çoxu atanı qınayaraq, onun oğlunun həyatını təhlükəyə atdığını bildiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh