İki maşın toqquşdu, yol bağlandı

Qəzalar 1 Yanvar 2016 21:00 Oxunub 1184
İki maşın toqquşdu, yol bağlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə gələn yol polisinin müdaxiləsindən sonra hərəkət bərpa olunub

Lənkəranda yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə yanvarın 1-də günorta saatlarında Lənkəran-Boradigah şosesinin rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayonu Mahmudavar kənd sakininin idarə etdiyi “VAZ-21099” markalı, 42 BU 514 dövlət nömrə nişanlı minik avtomobili körpüdən keçərkən qarşı tərəfdən gələn, Masallı rayonunun Türkoba kənd sakininin idarə etdiyi “VAZ-2106” markalı, 10 CP 427 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Qəzadan sonra şose yolunda nəqliyyat vasitələrinin hərəkəti bir saata kimi məhdudlaşdırılıb. Hadisə yerinə gələn yol polisi əməkdaşlarının müdaxiləsindən sonra yolda maşınların hərəkəti bərpa olunub. İlkin versiya kimi, qəzanın hər iki nəqliyyat vasitəsi sürücüsünün düzgün manevr etməməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh