Pul xərcləmədən pul qazanmağın YOLLARI

Qaydalar 2 Yanvar 2016 11:14 Oxunub 5967
Pul xərcləmədən pul qazanmağın YOLLARI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əhməd Qəşəmoğlu: "Böhran dövründə insanlar birinci psixoloji durumunu düzəltməlidirlər"

21 dekabr 2015-ci il tarixli devalvasiyadan sonra Azərbaycanda insanlar xərclərini azaltmağa və müəyyən işlərini təxirə salmağa başladılar. Bu hadisə digər mənfi təsirlərlə yanaşı, bəzi sektorlarda ixtisarlara və kimlərinsə içsiz duruma düşməsinə səbəb oldu. Yaramış bu vəziyyət isə isanlara psixoloji durumunda müəyyən izlər buraxdı. Amma biz bu cür hadisə ilə  ilk dəfə deyil qarşılaşırıq. SSRİ-nin dağılmasından sonra da bir sıra müəssisələrin bağlanması, pulun dəyərdən düşməsi nəticəsində xeyli insan işsiz qalmış, qıtlıq yaşanmışdı. Bunun nəticəsində ailələr gündəlik tələbatlarını qarşılayamayacaq durumda idilər. 2016-da da insanları çətin zamanlar gözləyir. Amma belə vəziyyətlərdə insanlar panikaya düşüb özünü itməməlidir. Hər kəs fərd olaraq özündə psixoloji durumuna nəzarət etməlidir. Və əlavə xərcləri azaldaraq şəxsi büdcəyə qənaət etmək və yeni çıxış yolları tapmaq lazımdır.

Avtosfer.az-ın modern.az-a istinadən məlumatına görə, sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, böhran dövründə pul xərcləmədən pul qazanmaq yaxşı çıxış yolu kimi görünür. “Böhran dövründə insanlar birinci psixoloji durumunu düzəltməlidirlər. Ruhdan düşməməli və sabaha inamla hərəkət etməlidirlər. Bu cür hallarda hökumət strukturları və qeyri-hökumət strukturları cəmiyyətə yaxından kömək etməli, Insanlara istiqamət göstərərək, onları həvəsləndirməlidirlər. Bunun üçün KİV-lə yaxından işləməli, KİV-in vasitəsi ilə insalarda sabaha inamı təmin etməlidir. Bunlar təmin olduqdan sonra insanlar pul xərcləmədən gəlir əldə etməlidir. Bu necə baş verəcək? Cavabı çox sadədir. İnsanlar təbii resurslardan səmərəli  istifadə edərək, onlardan özləri üçün gəlir əldə etmiş olurlar.

Kənd yerlərində yaşayan insanlar torpaq və mal-qaradan səmərəli istifadə etməlidir. Yəni qısası pul xərcləmədən pul qazanmalıdırlar. İşsiz qalan insanları isə hökumət strukturları boş sahələrdə əkin yerlərinə yönləndirməli və fabriklər açaraq əhalini işlə təmin etməlidir. İşsizlik cəmiyyət üçün çox böyük sosioloji təhlükədir. İşsiz olan insanlar psixoloji baxımdan çətinlik çəkir. Bunun üçün ilk növbədə insanların psixologiyasına təsir edərək, onları sabaha ümidləndirmək lazımdır . İnsanlar sabaha ümidləndiyi halda, onlarda işləməyə və vəziyyətdən çıxış yollarının axtarmağa həvəs yaranacaq”.

Əhməd Qəşəmoğlunun sözlərinə görə, böhran dövründə ən qorxulu şey borc almaq və ya kredit götüməkdir. “Aşıq demişkən, “əl atma gücün çatmayan daşa, götürə bilməzsən zora düşərsən”. İnsanlar böhran vaxtı böyük işlərə əl atmamalıdır. Nəzərə almalıdırlar ki, hər şeydən vacib onların yaşamasıdır. Ona görə evin büdcəsində, birinci yaşaması üçün lazım olan  vəsaiti ayırmalı, artıq qalan puluna uyğun iş görməlidir. Hazırkı dövrdə ən qorxulu şey banklardan kredit götürməkdir. Çünki hazırda vəziyyət sabit deyil. Yuxarıda qeyd etdiyim kimi, birinci ən vacib işləri görməli. Pulu olmayanlar isə çalışmalıdır ki, pul istifadə etmədən yaşam tərzini normalaşdırsın. Bunun üçün kəndlərdə torpağı olanlar yaxşı olar ki, torpaqlardan səmərəli istifadə etsin. Şəhərdə yaşayanlar isə xərclərini azaltsın və artıq xərclərdən çəkinsin”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh