2015-in son yol qəzalarında 4 nəfər öldü

Gündəm 1 Yanvar 2016 21:15 Oxunub 1340
2015-in son yol qəzalarında 4 nəfər öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyi 31 dekabrda baş vermiş qəzalarla bağlı xəbır yayıb

2015-ci ilin son günündə Azərbaycanda 3 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 31-də saat 08 radələrində Mərdəkan qəsəbəsində Bakı şəhər sakini Hacıağa Süleymanov idarə etdiyi “QAZ-31” markalı avtomobillə yolu keçən həmyerlisi Reyhan Zeynalovanı vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. Xəzər RPİ tərəfindən  araşdırma aparılır.

Dekabrın 31-də saat 21 radələrində isə Astara rayonunun Kələdəhnə kəndində rayon sakini Kamil Qəhrəmanov idarə etdiyi “VAZ-21150” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini  -  həmyerlisi Qeysər Qəhrəmanov hadisə yerində ölüb. Astara RPŞ tərəfindən araşdırma aparılır.

Bakının Sabunçu qəsəbəsində də dekabrın son günü qəza baş verib. Saat 05 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Şahin Abbasov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Mədinə Qurbanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh