Gəncədə qəza: 3 yaralı

Qəzalar 1 Yanvar 2016 21:42 Oxunub 1294
Gəncədə qəza: 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“VAZ 2107” markalı avtomobillə “Opel” toqquşub

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, şəhərin Bayan küçəsində, Gəncə-Üçtəpə avtomobil yolunda “VAZ 2107” markalı avtomobillə “Opel” markalı avtomobilin toqquşması nəticəsində, 1986-cı il təvəllüdlü Elvin Musayev, 1970-ci il təvəllüdlü Firdovsi Babayev və 1962-ci il təvəllüdlü Kifayət Vəliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh