Bu dəfə qoyun maşını vurdu - REAL VİDEO

Avtoreyd 2 Yanvar 2016 00:38 Oxunub 2765
Bu dəfə qoyun maşını vurdu - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qoçun zərbəsindən sonra avtomobilin farası sınıb dağılıb

Adətən, belə məlumatlara rast gəlirik ki, yolda maşın qoyun sürüsünü vurub, onlarla heyvan tələf olub. Amma Avtosfer.az-ın təqdim etdiyi bu videoda maşın qoyunu yox, qoyun maşını vurub. Yolda kəllə-kəlləyə gələn qoçlar «Toyota-Camry» markalı avtomobilin yaxınlaşmasına əhəmiyyət vermirlər. Geriyə çəkilib rəqibinə zərbə endirmək üçün hücuma keçən qoçun zərbəsinə «Toyota»nın qabaq farası tuş gəlir. Zərbədən sonra avtomobilin farası sınıb dağılır. Qoç isə dayanmır və rəqibinə hücumu davam etdirir. Avtosfer.az həmin görüntüləri təqdim edir. 

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh