Yol polisindən sürücüyə biabırçı sual: «Kişilər içib, sən niyə içməmisən?» - VİDEO

Yol polisi 2 Yanvar 2016 00:21 Oxunub 7168
Yol polisindən sürücüyə biabırçı sual: «Kişilər içib, sən niyə içməmisən?» - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin sərxoş sürücülərə qarşı keçirdiyi reyd zamanı maraqlı hadisə baş verib

Bakıda yol polisi əməkdaşının hərəkəti sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, dekabrın 31 gecə saat 3 radələrində Bakının Neftçilər prospektində yol polisi sərxoş sürücülərə qarşı reyd keçirib. Reydlərin birində DYP əməkdaşı Neftçilər prospektində avtomobil saxlayıb. Saxlanılan sürücünün sərxoş olub-olmaması DYP əməkdaşı tərəfindən yoxlanılıb. Sürücüyə "kişi içər, niyə içməmisən?" sualını verən polis əməkdaşı gənc sürücünü yerində müayinə etdikdən sonra sərbəst buraxıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh