Yanacandoldurma məntəqəsi bir dəqiqəyə alovlandı - VİDEO

Qaydalar 3 Yanvar 2016 23:40 Oxunub 2490
Yanacandoldurma məntəqəsi bir dəqiqəyə alovlandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir avtomobilin törətdiyi qəza bir neçə avtomobili kül etdi

Bu hadisə sürücü səhlənkarlığının nəticəsidir. Avtosfer.az-ın məlumatına görə, əyləc əvəzinə qaz pedalını basan sürücü ağır qəza törədib. Onun bu diqqətsizliyi nəticəsində avtomobil sürtətlə yanacaqdoldurma məntəqəsindəki yanacaqdolduran aparata çırpılıb. Dərhal yanğın başladığı üçün məntəqədəkilər qaçmağa başlayıb. Lakin onlardan biri geri qayıdaraq qəza törədən sürücünü alovlanan maşından çıxara bilib. Alov bir anda ətrafa yayılıb və bir dəqiqə ərzində yanacaqdoldurma məntəqəsini tam əhatə edib.

Hadisə nəticəsində onlarla avtomobil yanıb, yanacaqdoldurma məntəqəsi ilə yararsız hala düşüb.

Bu videonu təqdim etməkdə məqsədimiz odur ki, sürücülərimiz yanacaqdoldurma məntəqəsinə daxil olarkən sürət həddinə əməl etsinlər. Bilməyənlər üçün qeyd edək ki, yanacaqdoldurma məntəqəsinə daxil olarkən avtomobilin sürəti 10 km/saat olmalıdır. 

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh