Avtobuslar Bakıya gecikmə ilə çatırlar

"Güclü qara və yolların buz bağlamasına görə Azərbaycanın bölgələrindən, xüsusən də şimal rayonlarından Bakıya gələn avtobuslar paytaxta qrafikdə nəzərdə tutulan vaxtdan gec çatırlar".
Avtosfer.az xəbər verir ki, bu barədə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib. O qeyd edib ki, güclü qar Ağsu aşırımında müəyyən problemlər yaradıb və avtobus sürücülərinə həmin yolla getmək qadağan edilib. M.Abdullayevin sözlərinə görə, ölkənin şimal rayonlarına gedən avtobusların sürücüləri alternativ yolla hərəkət edirlər: "Hazırda həmin istiqamətə gedən sürücülər aşağı yoldan - Kürdəmir yolundan istifadə edirlər".
Avtovağzal rəsmisi deyib ki, paytaxtdan rayonlara gedən avtobuslar yanvarın 3-də nəzərdə tutulan qrafiklə yola salınırlar və hazırda Bakı Beynəlxalq Avtovağzalında sıxlıq muşahidə edilmir. Qurum sözçüsü bayram günləri avtovağzalda müşahidə edilən sıxlıq və Lerik rayonuna gedən sərnişinlərin avtobus tapa bilməməsi ilə bağlı məsələlərə də aydınlıq gətirib: "Güclü qar yağdığına və yollarda hərəkət çətinləşdiyinə görə avtobusların rayonlardan Bakıya qayıtması gecikirdi. Ona görə də bayram vaxtı müəyyən yubanmalar olub. Lerik istiqamətinə gəlincə isə, həmin istiqamətə ümumiyyətlə reys həyata keçirmirik. Hənin rayona sərnişin daşıması ilə bəzi şəxslər məşğul olurlar. Bakı kəndlərində məskunlaşmış həmin şəxslərin sərnişindaşımağa icazələri yoxdur. Yəni onlar özləri qanunsuz sərnişindaşıma ilə məşğuldular. Bayram günlərində niyə işləmədiklərinin səbəblərini də bizə məlum deyil".
Bəzi yollarda tıxac yarandı - SİYAHI Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA










