Buzlu yolda yıxılmaqdan qorunmaq - Üsulları

Qaydalar 4 Yanvar 2016 00:03 Oxunub 1874
Buzlu yolda yıxılmaqdan qorunmaq - Üsulları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlk növbədə yeriyərkən əllərin cibdə olmamasına diqqət göstərmək lazımdır

Bakıya və bölgələrə qışın ilk qarı yağdı. Bəzi rayonlara düşən qarın hündürlüyü 20-30 santimetrə qədər çatır. Havanın temperaturu bir qədər sıfırın üstünə çıxan kimi qar əriməyə və daha sonra donmağa başlayır. Belə günlərdə buzlu yolda yerimək çətinləşir, buzda yıxılaraq zədələnmək ehtimalı artır. Təsadüfi deyil ki, qarlı günlərdə məhz bu səbəbdən təcili yardıma müraciət edənlərin də saylı artır. Bəs, qarın qalın olduğu yerlərdə və buzlu yolda necə hərəkət etmək lazımdır? Yıxılma, ayağın burxulması və sürüşmə zamanı necə davranmaq gərəkdir? Qırıq və çatlar olarsa ilk müdaxilə necə edilməlidir? Avtosfer.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, mütəxəssislərin bəzi məsləhətlərinə əməl etməklə bədbəxt hadisədən yan qaça bilərsiniz. İlk növbədə yeriyərkən əllərin cibdə olmamasına diqqət göstərmək lazımdır. Çünki belə olduğu halda yıxılarkən nəyəsə tutunma imkanınızı itirmiş olacaqsınız, həmçinin tarazlığınızı təmin etmək də çətin olacaq. Bu səbəbdən hava nə qədər soyuq olarsa olsun, əlləri cibə salmaq olmaz.

Digər tərəfdən əlinizdə, torba və ya çanta kimi şeylər də daşımaqdan imtina edin. Bu həm tarazlığı təmin etmək, həm də düşərkən bədəninizi qorumaq üçün vacibdir. 
Geydiyiniz ayaqqabıların altı da sürüşkən olmamalıdır. Qarda, buzda getməyə yarayan, altları mismarlı olan rezin örtüklərdən də istifadə edilə bilər.

Qarlı havalarda enişə düşməkdən çəkinmək lazımdır. Yaşlıların qarlı havada təkbaşına bayıra çıxması da təhlükəlidir. Çünki yaşlıların sürüşmə, yıxılma ehtimalı çoxdur.
Yoxuşları və pilləkənləri çıxanda da diqqət etmək lazımdır. Əvvəlcə irəli baxaraq, yoldakı maneələri görmək, yolun buzlu hissəsini müəyyən edərək hərəkət etmək lazımdır.

Yıxıldıqdan sonra necə hərəkət etməliyik?

Yıxıldığınız zaman zərbə alan bədən üzvünə ağırlıq salmaq olmaz. Hərəkət etməyə çətinlik çəkirsinizsə təcili yardıma zəng edib, ətrafdakı şəxslərdən də kömək istəməyə bilərsiniz. Zədələnən bədən üzvünü yuxarı tutaraq şişməsini önləmək lazımdır. Mümkün olsa, buz qoyaraq şişməsinin qarşısını almaq lazımdır və dərhal yaxınlıqdakı xəstəxanaya getmək lazımdır.

Əgər qırıq varsa, mütləq peşəkar müdaxilə olmalıdır. Müvəqqəti olaraq karton və ya sarğı bezi ilə həmin hissəni stabil saxlamaq ağrını azaldar. Qırıq və ya çatı çöldən anlamaq çox çətindir. Ancaq həkim yoxlamasından sonra dəqiq bilmək olar. Üstünə basaraq yeriyə bilirsənsə, önəmli bir zədə yoxdur – fikri səhvdir. Çünki hər kəsin ağrı hissi fərqlidir. Bu şəxsə görə dəyişə bilər. Möhkəm yıxılmısınızsa, mütləq həkimə baş çəkin.

 

Buzlu yolda yıxılmaqdan qorunmaq -  Üsulları
Buzlu yolda yıxılmaqdan qorunmaq -  Üsulları

ŞƏRH YAZ
Ad

E-mail

Şərh