Hansı sürücü manevr etmə qaydalarını pozur – DOĞRU CAVAB

Yarışma 5 Yanvar 2016 17:50 Oxunub 3936
Hansı sürücü manevr etmə qaydalarını pozur – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolda nəqliyyat vasitələrinin manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nəqliyyat vasitələrindən hansının sürücüsü manevr etmə qaydalarını pozur?

A) Hər ikisi;

B) Yük avtomobilinin sürücüsü;

C) Minik avtomobilinin sürücüsü;

D) Heç biri pozmur.

Sualın doğru cavabı belədir: «Yol hərəkəti haqqında» qanunun 49-cu maddəsinin III hissəsinə əsasən, üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Qanunun 42-ci maddəsinin VII hissəsində isə deyilir ki, elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Bu iki normanı təhlil etdikdə aydın olur ki, sualın doğru cavabı “C” variantı olacaq:  Minik avtomobilinin sürücüsü manevr etmə qaydasını pozur.

Suala ilk doğru cavabı Cavad adlı oxucumuz verib. Onu təbrik edirik. Avtosfer.az-dan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını hədiyyə olaraq əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh