Hərəkəti sola davam etdirmək üçün nə etməlidir? - YENİ SUAL

Yarışma 5 Yanvar 2016 20:38 Oxunub 2344
Hərəkəti sola davam etdirmək üçün nə etməlidir? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

İcazə verilən maksimum kütləsi 3 ton olan yük avtomobilinin sürücüsü bu yolayrıcında hərəkətini sola davam etdirmək üçün nə etməlidir? 

A) Yolayrıcında sola dönərək hərəkətini davam etdirməlidir;

B) Yolayrıcını yalnız düzünə keçməli, qabaqda qadağan edilməyən yerdə geriyə dönərək bu yolayrıcına qayıtmalı və sağa dönərək hərəkətini davam etdirməlidir;

C) Yolayrıcını düzünə keçərək dərhal dayanmalı, geriyə hərəkət edərək sağdan birləşən yola çıxmalı, daha sonra düzünə hərəkət edərək nəzərdə tutduğu istiqamətə getməlidir.

QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada yazasınız. Facebookdan yazılan cavablar artıq qeydə alınmadığı üçün oxuculardan üzr istəyirik. Facebook komentlərinin ləğv edilməsinin səbəbi bəzi ədəbsiz insanların iyrənc əməlləridir.

Suala ilk və doğru cavab verib qalib gəlmiş şəxsə hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabı hədiyyə olunacaq. Amma cavabın təsadüfi olmadığına əmin olmaq üçün cavab izahlı olmalıdır (bir cümlə ilə də olsa olar).

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Tərlan 8 Yanvar 2016 16:07
Variant A
Dj Rasim 6 Yanvar 2016 02:16
Wekolde Znak Ox iwaresi duzune gosterir ona gorede men B bendini deyirem duz cavabdir.
elcin 6 Yanvar 2016 01:05
cavab a bendidir. cunki cavabi ozunuz yazmisiz. suala diqqet yetirende. sohbet surucunun idare etdiyi 3 tonluq masindan gedir. bu yol nisanida. 3 tondan yuxari cekini qadagan edir.
Ceyhun Huseyinli 6 Yanvar 2016 01:04
Cavab A yol nisani 3, 5t yukmasini uhndur...tesekkur
elnurkamal 5 Yanvar 2016 22:33
cavab b bendi. yolayricini duz kechmelidir, qarwida qadagan olunmayana yerden geri donub sonra saga done biler.
Namiq 5 Yanvar 2016 21:43
Salam. men Gence seherinden size yaziram. ve cavab A bendidir. cunki isarede 3.5 ton olan avtomobillerin mecburi duzune getmeyi gosterilib