Yanğınsöndürmə balonları avtomobillərə necə yerləşdirilməlidir? - VİDEO

Qaydalar 6 Yanvar 2016 00:16 Oxunub 3466
Yanğınsöndürmə balonları avtomobillərə necə yerləşdirilməlidir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi nəqliyyat vasitələrində yanğınsöndürmə balonu üçün yer nəzərdə tutulmayıb

Artıq bir neçə gündür ki, avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı reydlər keçirilir. Bu səbədən sürücülər nəqliyyat vasitələrini adıçəkilən ləvazimatlarla təmin etməyə çalışırlar. Burada əsas məsələlərdən biri də bu avadanlığın yerləşdirilməsidir. Lakin bəzi nəqliyyat vasitələrində yanğınsöndürmə balonu üçün avtomobilin konstruksiyasında yer nəzərdə tutulmayıb.

Ölkəmizdə köhnə buraxılış avtomobillər kifayət qədərdir. RTV (Region TV) xəbər verir ki, bu cür avtomobillər üçün yanğınsöndürmə balonları əldə edərkən onları bərkidmək üçün xüsusi tutacaq verilir. Bəs nəqliyyat vasitəsində bu avadanlıq necə yerləşdirilməlidir?

Digər bir məsələ isə yanğınsöndürmə balonunun həcmidir. Mütəxəssisin sözlərinə görə, minik avtomobilləri üçün balonun həcmi təlimatda göstərilməyib. Lakin yanğınsöndürmə balonu avtomobilin qabaritlərinə uyğun olmalıdır. Sürücülər isə bilməlidirlər ki, avtomobillərində od söndürənin və qəza dayanma nişanınını olmamasına görə qanunda konkret cərimə yoxdur. Tibb çantasının olmamasına görə isə qanunda 3-5 manat cərimə nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh