Bu dəfə sürücünü DYP yox, qaraçı qız saxladı – VİDEO

Xəbərlər 5 İyul 2014 00:39 Oxunub 2760
Bu dəfə sürücünü DYP yox, qaraçı qız saxladı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dilənçi qız özünü təhlükəyə ataraq maşını saxlatdırıb

İzlədiyiniz video iyulun 4-də səhər saatlarında Bakıda - Ukayna dairəsinə gedən yolda çəkilib. Avtosfer.az-ın məlumatına görə, Arif Şəmistanlının idarə etdiyi avtomobilin qarşısına qəflətən qaraçı qız çıxıb və gördüyünüz kimi, təhlükəli vəziyyət yaradaraq yolu kəsib. Balaca qız sürücüdən pul almaq üçün bu addımı atıb. Lakin bütün hallarda bu, olduqca təhlükəli hərəkətdir. Sürücünün ayıq-sayıqlığı nəticəsində balaca qızcığaza heç nə olmayıb. Sürücü maşını başqa istiqamətə sürməyə çalışsa da, qaraçı qız buna imkan verməyib.

Hər halda, bu mənzərə Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin 15 metrliyində baş verir. Əlbəttə, DYPŞ-nin əməkdaşları bunu görməmiş olmazlar. 

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh