Sürücülər qeydiyyat nişanı yerinə öz adlarını yazır - VİDEO

Xəbərlər 5 İyul 2014 01:22 Oxunub 3872
Sürücülər qeydiyyat nişanı yerinə öz adlarını yazır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda 196 qeyri-standart, kustar üsulla hazırlanmış və başqa nəqliyyat vasitəsinə məxsus dövlət qeydiyyat nişanı aşkarlanıb

Son 6 ay ərzində paytaxtda 196 qeyri-standart, kustar üsulla hazırlanmış və başqa nəqliyyat vasitəsinə məxsus dövlət qeydiyyat nişanı aşkarlanıb. ANS-in məlumatına görə, bundan başqa avtomaşınların üzərinə dövlət qeydiyyat nişanı yerinə sürücülərin adları yazılması faktı da az deyil. Sürücülərin isə bu üsula əl atmasına səbəb müxtəlifdir. Kimisi yol hərəkəti qaydalarını pozduğundan, kimisi isə cəriməsi olduğundan avtomobilini yol polisi əməkdaşının gözündən yayındırır. Hətta, paytaxtda kustar üsulla nömrələrin hazırlanıb avtomaşınların üzərinə vurulması hallarına rast gəlmək də olar. Bir həftə ərzində paytaxta 9 avtomaşın üzərində qüstar usulla hazırlanmış dövlət qeydiyyat nişanı aşkarlanıb. Həmin avtomobil sürücüləri məsuliyyətə cəlb olunub. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov deyr ki, istənilən halda həmin sürücülər məsuliyyətə cəlb olunub. Bundan başqa söbə rəhbəri deyir ki, sözügedən nömrələr yol polisi əməkdaşının gözündən yayınsa da ağıllı radarlar vasitəsilə həmin maşına məxsus dövlət qeydiyyat nişanları aşkarlanır. Elə günü bu gün belə bir fakt da aşkarlanıb.

Kustar üsulla hazırlanmış və ya qeyri-standart avtomobil dövlət qeydiyyat nişanlarını ilk olaraq onun üzərindəki işıq qaytarıcısının olmamasından aşkarlamaq mümkündür. Həmin nömrələr avtomobil üzərinə xüsusi vintlərlə deyil, birbaşa yapışdırlır ki, bunu da ağıllı radarlar və ya kameralar vasitəsilə müşahidə etmək olur. Oxşar hal ötən ay hətta müğənni Elnarəyə məxsus avtomaşında da müşahidə edilib. Müğənninin avtomobilinin dövlət qeydiyyat nişanının üzərinə onun adı yazılan xüsusi kağız vurulmuşdu ki, bu da sürücünün sonradan sərt cəzalanmasına səbəb oldu və avtomaşın bir neçə gün cərimə meydançasında saxlanıldı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh