Güclü qar toya mane ola bilmədi - Dağ maşınları - VİDEO

Maraqlı 7 Yanvar 2016 23:14 Oxunub 7101
Güclü qar toya mane ola bilmədi - Dağ maşınları - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarlı yolda qız evinə nivalar və uaz maşınları ilə gediblər

Təsəvvür edin qarın qalınlığı bir metr olan kənddə toy olsa gəlini necə gətirərlər.Tovuzun dağ kəndində qarlı hava şəraitinə baxmayaraq xeyir iş baş tutub. Dağ kəndlərinə yağan güclü qar bir neçə gün rayon mərkəzi ilə əlaqəni kəsib. Amma bəyin gəlini gətirməsinə mane ola bilməyib. Qarlı yolda qız evinə nivalar və uaz maşınları ilə gediblər. Maraqlı görüntülər Tovuzun ucqar yaşayış məskəni olan Kirən kəndindəndir. Elxan Mansurov qeyri-sabit hava şəraitinə baxmayaraq öz şad günün vaxtını dəyişməyib. O qonşu dağ kəndi olan Molla Ayrımdan sevib seçdiyi xanımla toy gününü elə qarlı-şaxtalı gündə gerçəkləşdirib. Qohum əqraba, dost-tanışı ilə birgə "Niva" və "Uaz" markalı maşınları bəzəyib sevdiyi xanımın yaşadığı evə yola düşüb. Güclü qar səbəbindən avtomobillərin hərəkəti çətinliklə də olsa mümükün olub. Mansurovlar ailəsi bu cür hava şəraitini gözləmədiklərini amma buna baxmayaraq məclisin yüksək səviyyədə keçdiyini bildiriblər.

Qeyd edək ki, Tovuzun ucqar kəndlərindən olan Kirənə yeni ilin ilk həftəsində 1 metrə yaxın qar yağıb. qar hələ də qalmamaqdadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh