Yol polisi sürücünü belə şərlədi – «Paqonumu cırdın, dövləti təhqir elədin» - VİDEO

Yol polisi 1 Yanvar 2016 00:11 Oxunub 8732
Yol polisi sürücünü belə şərlədi – «Paqonumu cırdın, dövləti təhqir elədin» - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün bütün cəhdlərinə baxmayaraq yol polisi öz bildiyini edir

Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında yaranmış münaqişəni əks etdirən video yayılıb. Videonun dəqiq tarixi məlum olmasa da, baş verənlər aydın görünür və səlist eşidiliri. Avtosfer.az-ın məlumatına görə, videoda sürət həddini aşmağa görə saxlanılan sürücü yol polisindən sübut tələb edir. Yol polisi isə onunla razılaşmır və protokol yazır. Sürücünün bütün cəhdlərinə baxmayaraq yol polisi öz bildiyini edir. Nəhayət, sürücünün haqlı iradları qarşısında aciz qalan yol polisi əməkdaşı onu şərləyir: «Dövləti təhqir edirsən, söyüş söyürsən, paqonumu cırdın, gör sənin başına nə oyun açacam» deyib əl-ayağa düşən yol polisinin hərəkətləri anlaşılmazdır. Çünki videoda hər şey aydındır və sürücü polisi və dövləti təhqir edib söyüş söymədi. Üstəlik, polisin paqonununu da cıran olmayıb.

Çox təəssüflər olsun ki, bəzən yol polisi sıralarında belə əməkdaşlara rast gəlinir və vicdanlı əməkdaşların fəaliyyətinə kölgə salır. Ümid edirik ki, bu əməkdaş artıq yol polisi sıralarında çalışmır. 

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh