Postda qan tökən yol polisi ilə bağlı araşdırma başlandı - VİDEO

Yol polisi 11 Yanvar 2016 12:57 Oxunub 3981
Postda qan tökən yol polisi ilə bağlı araşdırma başlandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş Dövlət Yol Polisi İdarəsi araşdırmaların nəticəsi barədə məlumat veriləcəyini bildirir

Baş Dövlət Yol Polisi İdarəsinin Navahı postunda sürücüyə əsəbləşib qan tökən yol polisi ilə bağlı araşdırma başlanıb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, yol polisi ilə bağlı yayılmış məlumat və videomaterialdan sonra həmin əməkdaş barəsində daxili araşdırma başlanıb. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Şirvan şəhəri, 20 Yanvar küçəsi, 26 A, ev 39-da yaşayan Həsənov Anar İlham oğlu yol polisi əməkdaşları tərəfindən zorakılığa məruz qalıb. O, idarə etdiyi məxsus “Hundai Tucson” markalı 99 FE 028 dövlət nömrə nişanlı avtomobillə 08.01.2016-cı il tarixdə axşam saatlarında Şirvandan Bakıya doğru hərəkət edərkən DYP-nin Navahı postunun əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Anar Həsənov maşını Navahı kəndi ərazisində yolun kənarında saxlayıb. Şdarə etdiyi avtomobildən düşməyərək DYP əməkdaşının onun maşınına tərəf yaxınlaşmasını gözləyib. Lakin DYP əməkdaşı sürücünün avtomobilindən düşmədiyini görərək, hirsli şəkildə ona yaxınlaşıb və “Sən bomba oğlansan ə? Niyə maşından düşmürsən” ifadələrini işlədib. Avtomobilin sürücüsü DYP əməkdaşından intizamlı olmasını və onunla mədəni qaydada danışmasını xahiş edib. DYP əməkdaşı isə ona “düş aşağı, maşının sənədlərini təqdim elə” deyib. Şirvan sakini DYP əməkdaşına avtomobilindən düşməyəcəyini və maşının yan şüşəsindən sənədlərini təqdim edəcəyini bildirəndə polis nəfəri ona yenə "Sən bomba oğlansan də guya” deyərək, maşının qapısını zorla açmağa çalışıb. Lakin maşının qapılarının bağlı olduğunu görəndə əsəbləşərək yan şüşəyə yumruq vurmağa başlayıb və qışqıraraq bildirib ki, “maşından düş, gör, sənin başına nə oyun açıram”. Dəfələrlə avtomobilin yan şüçələrinə yumruq vuran DYP əməkdaşının əli qanamağa başlayıb. Həmin hadisəni əks etdirən videonu təqdim edirik:

 

Elmin

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Gachay 12 Yanvar 2016 11:20
Men başa düşe bilmirem eker yolda kamera varsa post neye lazimdi vallah navanl postu pul yiğma yeridi niye yoxlamirlar orani orda adanmadan küçe yşaği kimi danişirlar