Hərəkəti sola davam etdirmək üçün nə etməlidir? - DOĞRU CAVAB

Yarışma 11 Yanvar 2016 14:45 Oxunub 1879
Hərəkəti sola davam etdirmək üçün nə etməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

İcazə verilən maksimum kütləsi 3 ton olan yük avtomobilinin sürücüsü bu yolayrıcında hərəkətini sola davam etdirmək üçün nə etməlidir? 

A) Yolayrıcında sola dönərək hərəkətini davam etdirməlidir;

B) Yolayrıcını yalnız düzünə keçməli, qabaqda qadağan edilməyən yerdə geriyə dönərək bu yolayrıcına qayıtmalı və sağa dönərək hərəkətini davam etdirməlidir;

C) Yolayrıcını düzünə keçərək dərhal dayanmalı, geriyə hərəkət edərək sağdan birləşən yola çıxmalı, daha sonra düzünə hərəkət edərək nəzərdə tutduğu istiqamətə getməlidir.

Sualın doğru cavabı belədir: Şəkildəki 7.4.1 lövhəciyi 4.1.1 nişanının tələbinin yalnız icazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük avtomobilinə aid olduğunu bildirir. Deməli, sualın doğru cavabı “A” variantı olacaq:  İcazə verilən maksimum kütləsi 3 ton olan yük avtomobilinin sürücüsü bu yolayrıcında sola dönərək hərəkətini davam etdirməlidir. Suala ilk doğru cavabı Namiq adlı oxucumuz verib. Onu təbrik edirik. Avtosfer.az-dan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını hədiyyə olaraq əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh