Maşınını uçuruma atdı - VİDEO

Maraqlı 11 Yanvar 2016 17:20 Oxunub 1731
Maşınını uçuruma atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Türkiyədə baş verib

Avtosfer.az xəbər verir ki, ortaqlarına və ona borclu olan şəxslərə əsəbiləşdi, intiqamını onlardan yox, avtomobilindən aldı. İzləyən və eşidən hər kəsin təəccübünə səbəb olan hadisə Türkiyənin Muğla şəhərində baş verib.

Hadisə belə olub. Volkan Dimişgi adlı şəxs  ortaqlarına və bir neçə yaxın qohumuna külli miqdarda borc pul verir. Lakin aylar keçməsinə baxmayaraq, onlardan pulu heç cür geri ala bilmir. Baş verənlərə əsəbləşən və son gülər işləri pis getdiyi üçün heç cür özünə gələ bilməyən şəxs şəhər kənarında bir məkana gələrək, 60 min lirə dəyərində olan avtomobilini heç düşünmədən uçurumdan aşağı atır. Baş verənlər elə Volkan Dimişginin özü tərəfindən lentə alınır. Ona borclu olan şəxslərə əsəbləşən Volkanın bundan sonra da pulunu ala bilməyəcəyi təqdirdə hansı addımı atacağı sual olaraq qalır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh