Belə şəraitdə birinci kim keçməlidir? - YENİ SUAL

Yarışma 11 Yanvar 2016 20:59 Oxunub 4584
Belə şəraitdə birinci kim keçməlidir? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız qarşılıqlı keçmə ilə bağlıdır. Sual belədir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Qarşılıqlı keçmənin çətinləşdiyi belə şəraitdə kim ilk olaraq keçməlidir? 

A) Qarşıdan gələn avtomobilin sürücüsü;

B) Qəza dayanması etmiş avtomobilin arxasından gələn avtomobilin sürücüsü;

C) Bu vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücülər öz aralarında razılığa uyğun hərəkət etməlidirlər.

QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada yazasınız. Facebookdan yazılan cavablar artıq qeydə alınmadığı üçün oxuculardan üzr istəyirik. Facebook komentlərinin ləğv edilməsinin səbəbi bəzi ədəbsiz insanların iyrənc əməlləridir.

Suala ilk və doğru cavab verib qalib gəlmiş şəxsə hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabı hədiyyə olunacaq. Amma cavabın təsadüfi olmadığına əmin olmaq üçün cavab izahlı olmalıdır (bir cümlə ilə də olsa olar).

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vusal haciyev 16 Yanvar 2016 21:53
B Qəza dayanması etmiş avtomobilin arxasından gələn avtomobilin sürücüsü; qarwiliqli kecme cetinlewdikde hallarda hansi surucu terefde mane varsa hemin surucu yol vermelidi 1.13 sert yoxus nisani xebardalik edirki siz yoxusu yuxari gedirsiz bu seraitde siz birinci kecmelisiz.cunii yoxusla yuxari ggedirsiz
Ferid 13 Yanvar 2016 18:01
Cavab B
Yusif 13 Yanvar 2016 00:24
A cavabi
iftixar 12 Yanvar 2016 21:20
qarsidan gelen avtomobilin surucusu sebebi yol qarsidan gelen avtomobilindir
Samir 12 Yanvar 2016 11:18
B Qəza dayanması etmiş avtomobilin arxasından gələn avtomobilin sürücüsü;
Ehtiram 12 Yanvar 2016 11:10
A Qarşıdan gələn avtomobilin sürücüsü;
Daşqın 12 Yanvar 2016 09:17
B üstünlük yoxuşu qalxana verilir.
Ələkbər 11 Yanvar 2016 22:57
Qəza dayanması etmiş avtomobilin arxasından gələn avtomobilin sürücüsü cünki yoxuş işarəsi bu NV bu vəziyyətdə üstünlük edir
qiyas 11 Yanvar 2016 22:57
A
ASDASD 11 Yanvar 2016 22:32
A
Nizami 11 Yanvar 2016 22:24
A Qarşıdan gələn avtomobilin sürücüsü;
Agarza 11 Yanvar 2016 21:57
Cavab:B
Abdulla 11 Yanvar 2016 21:36
B ona görə ki. Enişdə olan avtomobilin sürücüsü yoxuşdakına yol verməıidir
Sebuhi 11 Yanvar 2016 21:30
Cavab A yol hereketi haqqında qanunun 51 ci maddesi VII ci bendi qarşılıqlı keçmə çətinləşən hallarda hansı sürücü tərəfdə maneə varsa həmin sürücü yol vermelidir . Lakin 1.13 və 1.14 nişanı varsa enişlə aşağı hərəkət edeən nəqliyyat vasitəsi yoxuşla yuxarı qalxan nəqliyyat vasitəsinə yol verməlidir ..
Mətləb 11 Yanvar 2016 21:30
AQarşidan gələn avtomobilin sürücüsü
Metleb 11 Yanvar 2016 21:26
Cavab a