Deputatın qızı yol qəzasına görə 3,5 il cəza aldı

Qaydalar 14 Yanvar 2016 12:42 Oxunub 5735
Deputatın qızı yol qəzasına görə 3,5 il cəza aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı Kiselyova möhkəm sərxoş olub

Rusiyanın İrkutsk vilayət Dumasının deputatı Janna Yesyovanın qızı Yuliya Kiselyova məhkəmənin qərarı ilə 3,5 il müddətinə azadlıqdan məhrum olunub.

Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, prokuror Kiselyova üçün 4 il həbs istəyirdi.

Keçən ilin iyulun 27-də Yuliya Kiyelyova gecə saatlarında "Mercedes" avtomobilinin sükanı arxasında olarkən "Toyota Highlander" markalı maşını vurub. Zərbə nəticəsində cip qarşıdakı iki maşınla toqquşub. Qəzada iki nəfər, o cümlədən İrkutsk Vilayət Daxili İşlər İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi Albert Sokolov həlak olub.

Cinayət işinin materiallarına görə, qəza zamanı Kiselyova möhkəm sərxoş olub.

Hadisədən sonra İrkutsk qubernatoru Sergey Yeroşenko deputat Yesyovaya müraciət edərək onu mandatdan könüllü imtinaya çağırıb.

Fəqət, deputat "seçicilərə verdiyim vədləri yerinə yetirməliyəm" deyərək mandatı təhvil verməkdən boyun qaçırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh