DYP haqlıdır – ŞİKAYƏTƏ CAVAB - FOTOLAR

Xəbərlər 7 İyul 2014 01:46 Oxunub 3622
DYP haqlıdır – ŞİKAYƏTƏ CAVAB - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sola dönərkən qarşıdan gələn avtomobilə yol verməlisiniz

Bu günlürdə Samir adlı oxucumuz Avtosfer.az saytına müraciət edərək DYP əməkdaşı tərəfindən qanunsuz olaraq cərimələndiyini bildirib. Samir Avtosfer.az saytından üzləşdiyi məsələ ilə bağlı açıqlama istəyib. Onun müraciətini təqdim edirik: 19.05.14-cü il tarixdə gecə saat 22:50-də Ağa Nemətulla küçəsindən Fətəlixan Xoyski küçəsinə dönərken DYP əməkdaşı məni saxladı və protokol tərtib edəcəyini dedi. Qayda pozuntusu kimi isə qarşıdan gələn avtomobilə yol verməməyimi bildirdi. Mən ona şikayət edəcəyimi bildirdim və sənədlərimi verdim. Bu məktuba həmin yol ayrıcından çəkdiyim şəkilləri əlavə etmişəm. Açıq-aydın görünür ki, mən hərəkət etdiyim istiqamət üçün «Baş yol» işarəsi var. Qarşıdan gələn avtomobil üçün isə əksinə, «Yol ver» işarəsi. Bütün bu şəkilləri və protokolu götürüb getdim Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə. Onlar mənə dedilər ki, gəl, sənə protokol yazaq, gedib tez ödüyərsən, 54 manat olar. Mən öz növbəmdə razılaşmadım. Çünki əminəm ki, mənəm səhvim yoxdur. Bu epizodda onlar da dedilər ki, get şikayet elə.

Xaiş edirəm, mənə bu problemi həll etməkdə kömək edəsiniz».

Avtosfer.az saytı Samirin müraciəti ilə bağlı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət edib. Ekspert bizə təqdim olunan materiallarla tanış olduqdan sonra Samirə cavab yazıb: «Sizin dediyiniz yolayrıcında svetofor var. Yol hərəkəti qaydalarının tələbinə əsasən, svetofor işləyən yolayrıcında üstünlük nişanları qüvvəsisni itirir və sürücülər svetoforun göstərişini, habelə «Yol hərəkəti haqqında» qanunun 76-cı maddəsinin tələblərini rəhbər tutaraq hərəkət etməlidirlər. Bu səbəbdən DYP əməkdaşı sizə cərimə yazmaqda düz edib. Siz sola dönərkən qarşıdan gələn avtomobilə yol verməlisiniz. Həmin qaydanı pozmusunuz».

Ümid edirik ki, Samirə hər hansı köməyimiz dəydi.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Rashad 10 Noyabr 2014 22:55
Basha dushmedim. Bu sekilde ustunluk nishani yoxdu axi. Svetafvar svetafishlediyi halda mahin mecburi istiqamet nishanini nezere almali lakin yolu guzeshte getme baresindeki ishareni ise ignelemelidi. Yani eger o anda svetafishleyibse polis sef edir cerime yazmaqla.Yox eger hemin an svetafishlemeyibse onda polis duz deyir.