Avtomobillərlə "ünsiyyət" qurmaq mümkün olacaq - VİDEO

Avtodünya 14 Yanvar 2016 22:33 Oxunub 1719
Avtomobillərlə "ünsiyyət" qurmaq mümkün olacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Volvo" və "Microsoft" perspektiv əməkdaşlığa başlayıb

"Microsoft Band 2" adlanan qurğunun köməyi ilə "Volvo" avtomobil sahibləri minik vasitəsilə ünsiyyət qura biləcəklər. Portativ qurğu və "Volvo on Call" mobil proqramı vasitəsilə avtomobilə naviqasiya sistemini quraşdırmaq, salonun isitmə sistemini işə salmaq, qapıları kilidləmək və s. kimi müxtəlif təlimatlar vermək mümkündür. 2015-ci ilin noyabrında "Volvo" və "Microsoft" perspektiv əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində şirkətlər birgə səsli idarəetmə funksiyasına malik sözügedən qurğunu təklif edib.

 Qeyd edək ki, texnologiyanın bazara 2016-cı ilin yazında çıxarılması gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh