Sualın cavabı! Sürücü geriyə dönə bilməz

Xəbərlər 7 İyul 2014 14:02 Oxunub 4950
Sualın cavabı! Sürücü geriyə dönə bilməz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının cavabını açıqlayır. Hüqüqşünas Ərşad Hüseynov tərəfindən tərtib olunan sual belədir: Şəkildə gördüyünüz avtomobilin sürücüsü geriyə hərəkət etmək istəyir. O, göstərilən trayektoriyalardan hansı üzrə geriyə hərəkət edə bilər?

Avtosfer.az saytına ünvanlanan cavabları təqdim edirik:

 

Emil Qarayev - Heç biri ilə.

 

Elshan Khudaverdiyev - Heç biri ilə.

 

Elshan - A

 

Zahir - A variantında başqa avtomobillərin hərəkətinə mane olmamaq şərti ilə arxaya verib başqa istiqamətə gedə bilər

 

Farid - Yolayricinda geriye hereket qadagan oldugu uchun hech cure.

 

Ehmed - Hec birile.Yolayricinda Geriye hereket qadagandir.

 

Arzu - hec birile.yolayricinda geriye hereket qadagandir.

 

Elmin Ehmedov - Hec birinde

 

Hec birinde - Elcin

 

Facebook-dan göndərilən cavablar isə bunlardır:

 

Şahid Qedirli - Yolayricinda geriye hereket qadagandir.

 

Kenan Sadiqov – A-B

 

Maksim Yermakov - 42. XIV - Dvijenie zadnim xodom zapreşaetsya na perekrestkax

 

Hesen Memmedli - Hec bir yolla geriye done bilmez. Cunki yolayricindan geriye donmek qadagandir.

 

Rashad Bashyazi - Baxir dovlet nomre nishanina :)

 

Perviz Memmedov - C saga və geriyə

 

Hesen Memmedli - Yolayricindan geriye donmek qadagandir.

 

Eynar Abdullayev - Geriye donuwu qadagandir

 

Ramin Mammedov - A

 

Sualın doğru cavabı isə belədir: "Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin XIV hissəsində deyilir ki, yolayrıclarında və bu maddənin 12-ci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. Gördüyünüz şəkildə avtomobil yolayrıcını keçib və o, istənilən trayektoriya ilə geriyə hərəkət edərsə, yolayrıcına daxil olacaq. Ona görə də, bu vəziyyətdə həmin avtomobilin sürücüsü geriyə hərəkət edə bilməz. Düzgün cavab: göstərilən trayektoriyalardan heç biri üzrə geriyə hərəkətə yol verilə bilməz.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh