Maşın ayağını qopartdı; bir nömərli rəqqas oldu - VİDEO

Maraqlı 16 Yanvar 2016 01:20 Oxunub 1698
Maşın ayağını qopartdı; bir nömərli rəqqas oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ayaq üstə güclə durur, amma rəqs edir

Soçi şəhərində yaşayan 28 yaşlı Yevgeni Smirnovun həyata olan bağlılığı onu görən hər kəsi heyran edir. Yevgeni Smirnov bir neçə il əvvəl keçirdiyi avtomobil qəzası nəticəsində bir ayağını itirib. Hər kəs onun depressiyaya düşəcəyini, rəqsdən tamamilə imtina edəcəyini fikirləşsə də, o, atdığı addımla bütün  fikirləri alt-üst etməyi bacarıb. Rəqsə qaldığı yerdən davam edən gənc oğlan ilk aylar çox çətinlik çəksə də, sonra işini daha da peşəkar şəkildə yereinə yetirməklə, mümkünsüzlüyün sərhədlərini yenidən müəyyənləşdirib.

28 yaşlı Yevgeni Smirnov bugünədək onlarla istedad yarışmasında, konsertlərdə tamaşaçı qarşısına çıxıb. Özü kimi fiziki qüsurlu insanları həyatdan  küsməməyə səsləyən Yevgeni öz həyatsevərliyi ilə başqalarına örnək ola biləcəyini hesab edir və buna görə çox sevinir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh