Oğurlanan maşınlardan 130-u tapılıb

Avtodünya 17 Yanvar 2016 11:27 Oxunub 1686
Oğurlanan maşınlardan 130-u tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi axtarışda olan 40 nəfəri saxlayıb

Azərbaycanda yol polisi də axtarışda olan şəxslərin saxlanılmasına dəstək olub. Belə ki, ötən il avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı ilə axtarışda olan 40 şəxs və 47 avtomobil saxlanılıb, aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 736 fakt və 71 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına verilib. Avtosfer.az xəbər verir ki, il ərzində Baş İdarəyə 196 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 130-u tapılıb.

DYP əməkdaşları tərəfindən 3 avtomat, 10 avtomat darağı, 389 müxtəlif kalibrli döyüş patronu, 3 tüfəng, 2 əl qumbarası aşkar edilərək istintaq orqanlarına təhvil verilib, axtarışda olan 19 nəfər yaxalanıb, polisin digər xidmətləri ilə birgə 79 kiloqramdan çox narkotik vasitə götürülüb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh