Şüşələrə vurulan pərdə və plyonkalar - Hüquqi məsuliyyət - VİDEO

Qaydalar 18 Yanvar 2016 00:41 Oxunub 3680
Şüşələrə vurulan pərdə və plyonkalar  - Hüquqi məsuliyyət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunda bu xidməti göstərənlərə qarşı heç bir məsuliyyət yoxdur

Noyabrın 15-dən avtomobillərin yan şüşələrində istənilən pərdə və plyonkadan istifadə mayın 1-dək qadağan edilsə də, yol polisinin keçirdiyi hər reyddə belə hallara rast gəlmək mümkündür. Sürücülər yan şüşələrdə pərdələrdən istifadəyə görə 150 manat miqdarında cərimələnir. Əslində bu prosesdə pərdə və plyonkanı avtomobillərə quraşdırma xidməti göstərənlər də iştirak edir. Həmin şəxslər sürücülərin istəklərinə uyğun xidmət göstərdiklərini deyirlər. Ancaq bəzi şəxslər yan şüşələrə xidmətdən imtina etdiklərini bildirir. Bəs görəsən həmin pərdələri qadağan olunduğunu bilə-bilə avtomobilə taxan ustalar qanunla məsuliyyət daşıyırmı? Ekspertlərin sözlərinə görə pərdə və plyonkanın qadağan olunan formada quraşdırılmasının qarşısını almaq üçün hüquqi nəzarətin yaradılması mümkündür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh