Qadınlar təyyarədə "Çakır"a hücum etdi - FOTO

Maraqlı 18 Yanvar 2016 09:51 Oxunub 4254
Qadınlar təyyarədə "Çakır"a hücum etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Oqtay Kaynarca təyyarədə macəralı anlar yaşadı

Məşhur aktyor Oqtay Kaynarca “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialında canlandırdığı Hızır roluna görə təyyarədə qadınlar tərəfindən hücuma məruz qalıb. Serialda həyat yoldaşına xəyanət edən kişi obrazını canlandıran aktyor mindiyi təyyarədə bir neçə qadının ittihamları ilə üz-üzə qalıb. Belə ki, qadınlar Kaynarcaya “bu rol sizə heç yaraşarmı?”, “insanlara pis nümunə olursunuz” kimi sözlər deyiblər. Bunun müqabilində aktyor narazı halda təyyarənin tualetinə girib. Təyyarədəki stüardessaların köməyi ilə qadınlar sakitləşəndən sonra aktyor oradan çıxaraq yerində oturub.


“Eşkıya Dünyaya Hükümdar Olmaz” serialının anonsu 

Bir neçə gün əvvəl məlumat yayılıb ki, “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialının ulduz aktyoru Oktay Kaynarca 6 ay həbs oluna bilər. 


Oktay Kaynarcanın yaxtası 

Aktyor “Bebek Koyu”da olan yaxtasında müqaviləsiz və oğurluq su işlətməkdə ittiham edilir. Artıq İstanbul məhkəməsində qaldırılan cinayət işində aktyorun yaxtasında sayğacsız, müqaviləsiz və oğurluq su işlətməsi, istifadə olunması sübut olunub.  Kaynarcanı Azərbaycan tamaşaçısı daha çox "Kurtlar Vadisi" serialındakı "Çakır" obrazı ilə tanıyır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh