Təyyarədə ayaqyolu pullu olsun

Maraqlı 18 Yanvar 2016 11:17 Oxunub 1434
Təyyarədə ayaqyolu pullu olsun
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İtaliyada avtobanlarda olan tualetlər pulludur. Xırda pulun yoxdursa tualetdən istifadə edə bilmirsən"

Türkiyənin nüfuzlu biznesmenlərindən biri Əli Sabancı qeyri-adi fikirlərlə çıxış edib. Avtosfer.az anspress-ə istinadən bildirir ki, "Pegasus" aviaşirkətinin sahibi Sabancı təyyarələrdə ayaqyolunun pullu olmasını təklif edib.

Türkiyə Antalya şəhərinin Belek reayonunda Türkiyə Gənc Biznesmenləri Konfederasiyasının (TÜGİK) 2016-cı il sammiti keçirilib. Sammitin açılış çıxışından sonra müxtəlif biznesmenlər öz iş təcrübələrini tədbir iştirakçıları ilə paylaşıblar. "Patronlar Məktəbi"nin təsisçisi Sibel Kayanın moderatorluğu ilə keçirilən tədbirdə Əli Sabancı da çıxış edib.

Sabancı qəribə bir müqayisə ilə sərnişin təyyarələrində ayaqyolunun ödənişli ola biləcəyinə eyham vurub. "İtaliyada avtobanlarda olan tualetlər pulludur. Xırda pulun yoxdursa tualetdən istifadə edə bilmirsən. Deməli təyyarədə əlavə gəlir mənbəyi kimi bundan istifadə edə bilərəm".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh