Helikopter taksilər…

Maraqlı 18 Yanvar 2016 11:33 Oxunub 1506
Helikopter taksilər…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kaliforniyada yerləşən şirkətin onlayn çağırış xidməti var

Amerikan Birləşmiş Ştatlarının (ABŞ) nəqliyyat şəbəkəsi kampaniyası “Uber” müştərilərinə helikopter xidməti təklif edir.

Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bu məqsədlə firmanın Fransanın “Airbus” aviaşirkəti ilə əməkdaşlıq edəcəyi gözlənilir. “Airbus” “Uber” şirkətini H125 və H130 helikopterləri ilə təmin edəcək.

Xidmətin hansı sahələri əhatə edəcəyi hələlik məlum deyil. Lakin “Pilot layihə” bu həftəsonu “Sandens” Film Festivalında sınaqdan keçiriləcək.

“Uber” indiyə qədər müxtəlif nəqliyyat xidməti sahəsində öz xidmətlərini təklif edib. Dünyaın müxtəlif ölkələrində müştərilər sadə taksidən tutmuş, rikşa və qayıq xidmətləri ilə təmin olunublar.

Baş qərargahı Kaliforniyada yerləşən şirkətin onlayn çağırış xidməti var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh