Velosipedi oğurladı sonra isə…- VİDEO

Maraqlı 19 Yanvar 2016 12:09 Oxunub 1584
Velosipedi oğurladı sonra isə…- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onları bütün dünyada rüsvay etdilər

Potensial oğrularla əyləndilər, onları bütün dünyada rüsvay etdilər. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, ABŞ-ın Los Anceles şəhərində iki qardaşın velosiped oğruları üçün  hazırladığı kamera zarafatı dünya mqiyasında izlənmə rekordu vurur.

Velosipedləri  küçənin ortasında nəzarətsiz qoyan Ceremi və Ceyson Holden qardaşları kənara çəkilərək baş verənləri izləməyə başlayıblar. Velosipedin sahibsiz olduğunu düşünən bir neçə amerikalı dərhal onunla birgə aradan çıxmağa qərar veriblər.  Gizli kameraların onları lentə alması bir yana sən demə velosipedlərə də elektrik ötürən cihaz yerləşdirilibmiş.

Oğru velosipedlə bir az irəlilədikdən sonra  Holden qardaşları uzaqdan idarəetmə qurğusu ilə elektrik ötürücüsünü işə salıb. Cərəyan vuran oğrular velosipedə nəzarəti itirib və yolun ortasında bu vəziyyətlə üzləşiblər. Sosial mediaya düşən görüntülər təkcə ABŞ-da yox, ölkə hüdudlarından kənarda da sürətlə yayılmağa başlayıb. Maraqla izlənilən kamera zarafatı bundan sonra küçədə qarşılaşdığı velosipedi oğurlamaq istəyənləri bir daha düşünməyə vadar edəcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh