Rus tankının Bakıda əzdiyi «Zapı»nın skeletini həyətində saxlayır - FOTO

Avtodünya 20 Yanvar 2016 02:28 Oxunub 6445
Rus tankının Bakıda əzdiyi «Zapı»nın skeletini həyətində saxlayır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazim Ələkbərov adlı vətəndaşımız «maşını» evinin həyətində qoruyur

1990-cı ildə Bakıda rus tankının əzdiyi maşından sağ çıxan azərbaycanlı 20 Yanvar faciəsinin izlərini gələcək nəsillər üçün saxlayır. Avtosfer.az-ın məlumatına görə, bu barədə Türkiyənin Anadolu Agentliyi reportaj hazırlayıb. Məlumatda deyilir ki, azərbaycanlılar 1990-ci ildə baş vermiş və tarixə Qanlı Yanvar kimi düşən bu faciənin acısını ürəklərində, Sovet rus əsgərlərinin törətdiyi dəhşətli divanın dəlillərini gözlərinin önündə saxlayır. Ermənilərin torpaqlarını işğal etməsinə qarşı Bakı meydanlarında toplaşanlardan biri olan 57 yaşlı Nazim Ələkbərov olub. Şahid həmin gün yaşadıqlarından danışıb. 20 Yanvar hadisələrinin azərbaycanlıların azadlığa atdığı ilk addım olduğunu vurğulayan Ələkbərov, o tarixdə hamı kimi özünün də xalq hərəkatı üçün çalışdığını, mitinqlərə qatıldığını, mitinq iştirakçılarına yemək, odun kimi materiallar daşıdığını bildirib. O, 20 Yanvarın ilk saatlarında maşınına odun yükləyərək məhəlləsindəki bəzi gənclərlə mitinq meydanına gedərkən yolda rus tankları ilə qarşılaşıb. Yanlarından keçən tanklardan birinin qəfildən dayandığını və üzərlərinə doğru hərəkət etdiyini dilə gətirən azərbaycanlı, o anları belə xatırlayıb: "Həm üzərimizə gəlir, həm atəş açırdılar. Qapını açdım uşaqlar tullandı. Tankın tırtılları sanki işıq saçırdı. Tank gəlib maşının üstündən keçdi. Öldüyümü fikirləşdim amma sağ qalmışdım. Sinəm, ciyərlərim, ayaqlarım əzildi, amma həyatda qaldım. Mənim avtomobilimi əzən tank daha sonra yaxınlığımızdan keçən və içində insanların olduğu mikroavtobusu əzdi".

Şahid əzilmiş avtomobildən öz səyi ilə çıxdığını və evə qayıdanda ailəsinə yaşadığı acını danışmağa söz tapmadığını bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh