Avtobuslara yapışdırılan reklamlar narazılığa səbəb olur - VİDEO

Avtodünya 22 Yanvar 2016 09:40 Oxunub 1638
Avtobuslara yapışdırılan reklamlar narazılığa səbəb olur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vizitkart çapı, komputer və dil kursları, ya da tanışlıq saytları...

Bakıdakı sərnişin avtobuslarının əksəriyyətinin daxilində nə gəldi və necə gəldi reklam edilir. Bəzi hallarda qanunvericiliyə zidd reklamlar da görmək mümkündür. Belə reklamların ictimai nəqliyyata vurulması təbii ki, ən çox sərnişinləri narahat edir. Hüquqşunaslar bildirirlər ki, bu reklamları avtobuslara vuranlar qanunun tələbinə uyğun olaraq cərimələnməlidir.

Vizitkart çapı, komputer və dil kursları, ya da tanışlıq saytları. Bakıda marşrut avtobuslarının içi belə reklamlarla doludur. Sürücülərin dediyinə görə, bu reklamların əksəriyyəti onların xəbəri olmadan avtobuslara vurulur. Hüquqşunas isə bildirir ki, ictimai nəqliyyata reklamlar Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq razılığı alındıqdan sonra vurula bilər. Avtobuslara icazəsiz reklamlar yapışdırılması reklam haqqında müvafiq təlimatların pozulmasıdır. Bu hallara yol verənlər isə cərimələnməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh