Təyyarədə uçuş-eniş zamanı pərdələrin açılması niyə istənilir? - FOTOLAR

Qaydalar 22 Yanvar 2016 21:44 Oxunub 3164
Təyyarədə uçuş-eniş zamanı pərdələrin açılması niyə istənilir? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pərdənin qaldırılması belə çox vacib rol oynayır

Təyyarədə heç olmasa bir dəfə uçan hər bir kəs yəqin diqqət edib ki, uçuş və eniş zamanı sərnişinlərdən illuminatorların pərdələrini açmaq xahiş ounur. Ancaq bunun hansı məqsədlə edildiyini bilən ehtimal ki, az adam var. Bu gün sizə belə bir addımın məqsədi barədə məlumat verəcəyik. Sən demə, illüminatorlar  uçuşun təhlükəsizliyi üçün açılır.

Sirr deyil ki, qəzaların bir çoxu uçuş və eniş zamanı baş verir. Bu səbəbdən pərdələrin açılması eyni anda risqi azalda biləcək bir neçə hədəfə xidmət edir.

 
 
Birincisi, insanlar təbiət etibarilə hər şeylə maraqlanandırlar. Bu səbəbdən  illüminatordan  çölə baxan sərnişinlər, nəsə qəribəlik görsələr, bu, dərhal  onların nəzərlərini cəlb edər, xırda bir qığılcımda və yaxud tüstüdə  heyətə xəbər verərlər. Onlar da həqiqətən də ciddi nəsə baş verəcəyi təqdirdə tədbirlər görərlər.
 
 
İkincisi, əgər həqiqətən də qəza vəziyyətidirsə, hər saniyə hesabdadır. Açıq pərdələrdə komanda vəziyyətə dərhal qiymət  verə  və sərnişinləri rahat şəkildə evakuasiya edə bilərlər.
 
Bundan əlavə, uçuş və eniş vaxtı salonun süni işıqlandırılması söndürülür. Bu, sərnişinlərin gözlərinin  göyərtənin işıqlanmasına öyrəşməyə kömək edir. Və qəza baş verəcəyi təqdirdə, onlar təyyarəni tərk edərlərsə, güclü işıqlandırmadan müvəqqəti korluq yaşaya bilərlər. Bu isə evakuasiyanın sürətinə təsir edə bilər.
 
Bundan əlavə, deyilənə görə, bəzi təyyarələrdə  pərdələr çox zərif plastikdən hazırlanıb. Bu səbəbdən sərt eniş zamanı  pərdə parçalana və sərnişini yaralaya bilər.
 
 
Məlum oldu ki, aviadaşıma dünyasında hər bir şey ən xırda detalına qədər düşünülüb. Və hətta pərdənin qaldırılması belə çox vacib rol oynayır.
 
 
Faktxeber.com
ŞƏRH YAZ
Ad

E-mail

Şərh